AZ

Ulduz futbolçu “Lamborghini” ilə belə “avtoş”luq etdi

Hempşirdəki M3 avtomobil yolundan şok görüntülər yayılıb: Rahim Sterlinqin idarə etdiyi “Lamborghini” avtomobili sürətlə üç zolağı eyni anda kəsir, digər avtomobillər üçün böyük təhülkə yaradır.

Publika.az xəbər verir ki, İngiltərə mətbuatının məlumatına görə, Hempşir polisi 31 yaşlı futbolçunun 30 mayda saat 9:00-da həbs olunduğunu təsdiqləyib.

O, təhlükəli avtomobil idarə etməkdə, narkotik vasitə qəbul etməkdə və C sinifli narkotik maddə saxlamaqda şübhəli bilinir.

Sterlinq yerində tibbi müayinədən keçməkdən qəti şəkildə imtina edib. Hazırda istintaq davam edənə qədər girov müqabilində azadlığa buraxılıb.

Oyunçuya yaxın mənbələr bildiriblər ki, Rahim zehni cəhətdən sarsılıb. Son illərdə o, Premyer Liqanın ən yaxşı klublarından ayrıldıqdan və milli komandadakı yerini itirdikdən sonra özünü “faydasız və unudulmuş” hiss edir.

Seçilən
8
5
publika.az

6Mənbələr