AZ

“İntensiv yağışlar bəzi meyvələrin keyfiyyətinin aşağı düşməsinə səbəb olur İqtisadçı

ain.az, 525.az portalına istinadən məlumat verir.

“İntensiv yağışlar bəzi meyvələrin keyfiyyətinin aşağı düşməsinə səbəb olur və bu da  fermerlərin ümumi xərclərini artırır.  Aramsız yağan yağışlar nəticəsində məhsuldarlığın azalması və bəzi erkən yetişən meyvələrdə keyfiyyətin pisləşməsi müşahidə oluna bilər. Bu isə nəticədə bəzi fermerlər üçün ciddi xərc artımı yaradır və məhsul təklifində müəyyən azalmaya səbəb olur. Ümumilikdə isə bunlar məhsul qıtlığı yaratmasa da, təklifin azalmasına və nəticədə qiymətlərin artmasına gətirib çıxarar”.

Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a bildirib. Ekspert vurğulayıb ki, ölkənin müxtəlif iqlim qurşaqlarında yerləşməsi və yağıntıların bölgələr üzrə fərqli olması səbəbindən təsir bütün ərazilərdə eyni olmur:

“Bəzi fermerlər daha çox zərər görsə də, digər bölgələrdə nisbətən daha stabil məhsuldarlıq qiymət artımının təsirini qismən yumşalda bilər".

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
525.az

1Mənbələr