Bakı, 2 iyun, AZƏRTAC
Enerji sahəsindəki birgə fəaliyyətimiz, Azərbaycan ilə ABŞ arasında etibarlı enerji tərəfdaşlığının daha da gücləndirilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin “ExxonMobil Corporation” şirkətinin qlobal kəşfiyyat üzrə vitse-prezidenti Con Ardil Bakı Enerji Forumu çərçivəsində keçirilən “Upstream – yeni perspektivlər” adlı sessiyada çıxışı zamanı deyib.
“Hazırda biz “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin tammiqyaslı inkişaf planlaşdırılması mərhələsində iştirak edirik. Layihənin gələcək inkişaf perspektivləri üzərində fəal şəkildə işləyirik”, - deyə o qeyd edib.
Fotoqraf - Səfiyar Məcnun
Operator - Mirrəsul Cəfərov