AZ

“Sabah” Çempionlar Liqasına Avstriyada hazırlaşacaq

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Premyer Liqasının qalibi olan “Sabah” klubu UEFA Çempionlar Liqasının hazırlıqlarına iyunun 17-də start verəcək.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, komanda təlim-məşq toplanışının ilk mərhələsini Avstriyada keçəcək. İki həftəlik hazırlıq çərçivəsində bir neçə yoxlama matçı nəzərdə tutulub. Rəqiblərin adları daha sonra açıqlanacaq.

Qeyd edək ki, Premyer Liqada çempionluğu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanaraq mövsümü “qızıl dubl”la başa vurub. Komanda UEFA Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

Seçilən
28
1
azertag.az

3Mənbələr