AZ

Astara kəndlərində işığın verilməsində fasilə olacaq

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan “Lovain” hava xəttində təmir işləri aparılacaq.

"Unikal" xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Məlumata görə, bununla əlaqədar olaraq saat 14:30-dan 17:00-dək rayonun Çayoba, Hamoşam, Kakalos, Qamışoba, Pensər, Sım, Siyaku, Şahağac, Şiyəkəran, Təngərud, Toradi kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
3
unikal.az

10Mənbələr