AZ

Rusiyanın İrəvana göndərdiyi erməni seçicilər hərbi təlimə aparılır – Paşinyan hərəkətə keçdi

Ermənistana Rusiyadan daxil olan Ermənistan vətəndaşları bu gündən etibarən daha ciddi yoxlamalardan keçirilir.

Musavat.com xəbər verir ki, yoxlamalar əsasən məcburi 25 günlük hərbi təlim toplanışlarına cəlb olunmalı şəxsləri əhatə edir. Artıq bir sıra şəxslərə hərbi komissarlığa müraciət etmələri və təlim toplanışlarında iştirak etmələri barədə bildirişlər təqdim olunub.

Bu addım Ermənistanın iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində atılır. Son günlər beynəlxalq mediada, o cümlədən Reuters agentliyinin yaydığı məlumatlarda Rusiyanın seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə Rusiyada yaşayan on minlərlə Ermənistan vətəndaşının ölkəyə daşınmasını planlaşdırdığı bildirilirdi. Reuters-in məlumatında bu rəqəmin 100 min nəfərə qədər çata biləcəyi bildirilirdi.

Reuters-in yaydığı məlumatlardan sonra Ermənistan hakimiyyəti sərhəd nəzarətini gücləndirib. Rusiyadan gələn şəxslərin yoxlanılması və hərbi təlim toplanışları ilə bağlı bildirişlərin təqdim edilməsi seçki prosesinə mümkün müdaxilə cəhdlərinin və təşkilatlanmış seçici axınının qarşısını almağa yönəlmiş tədbirlərdən biri kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr