AZ

Keçiddə dayanıb taksi gözləyən yaşlı kişi sürücünü çaşdırdı VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınan hal sürücünü çətin vəziyyətdə qoyub.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 26-da saat 15:30 radələrində baş verib. Görüntülərdə piyadanın keçiddən istifadə etdiyi, lakin yolu tam keçməyərək hərəkət hissəsinin ortasında dayandığı görünür. Bu zaman yaxınlaşan sürücü nəqliyyat vasitəsini saxlayaraq ona yol verib. Lakin piyada hərəkətini davam etdirməyib və yolun ortasında dayanaraq ətrafa baxmağa başlayıb.

Kadrlardan məlum olur ki, sürücü dəfələrlə piyadaya yolu keçməsini bildirsə də, qarşı tərəfdən “gözlədiyi taksinin olub-olmadığını” soruşan şəxs keçiddə dayanmağa davam edib. Nəticədə sürücü bir müddət hərəkəti davam etdirə bilməyərək çaşqın vəziyyətdə qalıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, piyada keçidinə daxil olan şəxslər yolu təhlükəsiz və fasiləsiz şəkildə keçməli, nəqliyyatın hərəkətinə əsassız maneə yaratmamalıdırlar. Keçiddə səbəbsiz dayanmaq isə həm sürücülərin qərar verməsini çətinləşdirir, həm də qəza riskini artırır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
avtosfer.az

1Mənbələr