AZ

Bakıda taksi parkları satışa çıxarılır

Bir vaxtlar gəlirli sahələrdən biri hesab olunan taksi biznesi son illər əvvəlki cəlbediciliyini itirməyə başlayıb. Taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücülər və sahibkarlar sahədən uzaqlaşır, istifadə etdikləri avtomobilləri isə satışa çıxarırlar.

Bəs taksi sektorunda baş verən bu dəyişikliklərin səbəbi nədir?

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, taksi sahəsinə marağın azalmasının əsas səbəblərindən biri bu fəaliyyət növünün əvvəlki illərlə müqayisədə daha az gəlirli olmasıdır.

Onun sözlərinə görə, taksi biznesi ilə məşğul olmaq istəyən sahibkarların xərcləri əhəmiyyətli dərəcədə artıb:

"Əvvəllər taksi fəaliyyəti ilə məşğul olan şəxslərin əsas xərcləri avtomobilin alınması və ölkəyə gətirilməsi ilə bağlı idi. Hazırda isə taksi kimi istifadə edilən nəqliyyat vasitələrinə qoyulan tələblər daha sərtləşib. Avtomobillərin yeni, müasir və müəyyən standartlara cavab verməsi tələb olunur. Bu isə sahibkarların xərclərini artırır və sahəyə marağın azalmasına səbəb olur".

Seçilən
23
publika.az

1Mənbələr