
Moldova xarici işlər naziri və Baş nazirin müavini Mihay Popşoy Rumıniya ilə birləşməyi dəstəklədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Popşoy “Bessarabiyanın səsi” radiostansiyasında danışıb.
“Moldova ilə Rumıniya arasında birləşmə məsələsi tabu olmamalıdır. Bizdə həmişə birlikçi cərəyan olub və davam edir. Bu müzakirə, şübhəsiz ki, ölkənin siyasi prosesinin bir hissəsidir. Rumıniya vətəndaşı olaraq birləşməyə qarşı səs verə bilmərəm”, - Popşoy deyib.