AZ

YAP Bərdə rayon təşkilatının kollektivi Uşaqların Beynəlxalq Müdafiəsi Gününü şəhid ailələrindəki uşaqlarla birgə qeyd ediblər

YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi  Gününü şəhid ailələrindəki uşaqlarla birgə qeyd ediblər. 

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın kollektivi, partiya fəalı, Bərdə rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədov və Ərazi partiya təşkilat sədrləri ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü şəhid ailələrindəki uşaqlarla birgə qeyd ediblər.

Onlar öncə Ermənistanın Bərdə rayonunun Qarayusifli kəndinə atdığı "Smerc" tipli raket bomba nəticəsində həyətlərindəki öz yellənçəyində  əbədi uşaq, 12 yaşında qalan Aysu İsgəndərlinin məzarını ziyarət edib, önünə tər qərənfillər düzərək xatirələrinə ehtiramlarını bildiriblər. YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Aysu İsgəndərli və mülki şəhidlərin   məzarları Ermənistanın və onun mənfur Ordusunun vəhşiliyinin ən ağır sübutudur! O, qeyd edib ki, Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahları Qüvvələri Ermənistan Ordusunu darmadağın etdi və qalib gəldi. Biz sülhsevər millətik. Ən  böyük arzumuz budur ki, dünyanın hər yerində sülh, əmin-amanlıq olsun, heç vaxt müharibə olmasın! Bugün gələcəyimizin qarantı olan uşaqların vətənpərvər ruhda tərbiyəsi davam edir, yeni Fəxrilər, Asiflər, Xudayarlar, Dövranlar... böyüyür, onlara şəhid adlarının verilməsi bu ruhun davamlılığının ən gözəl təsdiqidir!

Sonra  YAP rayon təşkilatının kollektivi şəhid ailələrində olub,   uşaqları hədiyyələrlə sevindirməyə çalışıblar. 

Şəhid ailələri - Aysu İsgəndərlinin atası Rövşən İsgəndərli, Vətən müharibəsindəki igidlikləri ölkə rəhbəri cənab İlham Əliyevin sərəncamı "Vətənə xidmətə görə" ordeni, beş medala layiq görülmüş şəhid Asif Abışovun anası İsbət Hətəmova, "Azərbaycan bayrağı" ordeninə layiq görülmüş şəhid Dövran Naibovun anası Xuraman Naibova, üç medala layiq görülmüş şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova şəhid ailələrinə  göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Seçilən
42
ikisahil.az

1Mənbələr