AZ

Uşaqların Beynəlxalq Müdafiəsi Günü balaca ürəklərin böyük sevinci

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəmkir, 1 iyun, AZƏRTAC

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qazax–Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

İdarədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirlər çərçivəsində uşaqlar tərəfindən maraqlı səhnəciklər, şeirlər və musiqili çıxışlar təqdim olunub, müxtəlif əyləncəli oyunlar və interaktiv fəaliyyətlər təşkil edilib.

Keçirilən tədbirlər uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasına və onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradıb.

Müxbir – Vüsalə Cənnətova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
azertag.az

1Mənbələr