Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 1 iyun, AZƏRTAC
Bu gün onların günüdür. Uşaqların Beynəlxalq Müdafiəsi Gününün bahara düşməsi bəlkə də təsadüf yox, qanunauyğunluqdur. Çünki onlar özləri də ətirli və rəngarəng bahar çiçəkləri kimidir. Hər uşaq bir çiçəkdir, hərəsinin öz gözəlliyi, öz təravəti...
Hər uşaq bir dünyadır. Necə ki, dünyanın Günəşə, havaya və suya ehtiyacı var, onların da qayğıya, diqqətə, mərhəmətə və düzgün tərbiyəyə ehtiyacı var. İşığı, havası, suyu çatmayanda çiçək inkişaf edə bilmir, böyük ümidlər bəslədiyimiz uşaqlar da elədir. Gələcəyimiz olan uşaqlar da gərək qayğı və diqqət sarıdan korluq çəkməsinlər.
Sabahımız, gələcəyimiz olan uşaqlar özləri də bir işıqdır. Onların işığı ən qaranlıq otağı, zülmət daxmanı belə nura qərq edə bilər. Yetər ki, böyüklərin diqqət və qayğısından, sevgi və xeyirxahlığından kənarda qalmasınlar. Nə qədər ki, hələ azyaşlıdırlar, onları sevgi ilə əhatə etməli, nazını çəkməli, arzularını həyata keçirməliyik. Onlara vaxt ayırmalı, suallarına ətraflı cavab verməli, istəklərini geri çevirməməliyik. Əllərindən tutub bağçaya, məktəbə, parka, maraq göstərdikləri ünvanlara aparmalıyıq. Aparmalıyıq ki, sabah onlar da bizim dünyamıza rəng qatsınlar. Dünyamızın daha baxımlı, həyatımızın daha gözəl, ömrümüzün daha mənalı və rəngarəng olmağını istəyiriksə...
AZƏRTAC-ın fotoqraflarının 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hazırladığı fotoreportajı təqdim edirik.




























Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.