Turkstan.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“– Biz nə uğrunda döyüşürük?
– Yazı.
– Niyə?
– Yazı yaddaşdır. Yazı itsə tariximiz itər…”
Hər il olduğu kimi bu il də may ayı mütaliəmi, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi olaraq uşaq ədəbiyyatına ayırdım. Seçimim müəllim, pedaqoq, uşaq yazıçısı Günel Rəcəbin “Orfolənd” əsəri oldu.
Günel Rəcəbin “Orfolənd” əsəri oxucunu hərflərin sehrli ölkəsinə aparan, yazının mənasını sadəcə texniki bacarıq deyil, yaddaş, şahidlik və varlıq kimi təqdim edən bənzərsiz bir uşaq romanıdır. Bu əsər yazının taleyə, xatirəyə və kimliyə çevrildiyi bir dünyanı qurur, elə bir dünya ki, orada hərf itərsə, tarix də itə bilər. “Yazı yaddaşdır” fikri bu kitabda sadəcə cümlə kimi yox, ideya, dəyər və fəlsəfə xüsusundadır.