AZ

Malayziyada 16 yaş sosial media tənzimləməsi qüvvəyə mindi

Malayziyada 16 yaş sosial media tənzimləməsi qüvvəyə mindi

Malayziyada 16 yaşından kiçik şəxslərin sosial media hesabı açmasının qarşısını almağı hədəfləyən qanuni tənzimləmə qüvvəyə minib.

AFN.az xəbər verir ki, ölkədə aralarında Facebook, Instagram, TikTok və YouTube-un da olduğu müxtəlif sosial media platformaları üçün yaşın təsdiqlənməsi sisteminin qurulması məcburi hala gətirilib.

Malayziya Rabitə və Multimedia Komissiyası bu gündən etibarən qüvvəyə minən qaydalar çərçivəsində platformalara yaş təsdiqləmə sistemlərini tətbiq etmələri üçün müəyyən keçid dövrünün tanınacağını açıqlayıb.

Gəncləri sosial medianın zərərli məzmunlarından qorumağı hədəfləyən bu qərar təxminən 8 milyon sosial media istifadəçisinə təsir edir.

Yeni qaydalara əməl etməyən sosial media şirkətlərinin 2,5 milyon dollara qədər pul cəriməsi ilə üzləşə biləcəyi qeyd olunur.

Xatırladaq ki, Avstraliya 2025-ci ilin dekabrında 16 yaşından kiçiklərin sosial media platformalarına girişini qadağan edən hüquqi tənzimləməni dünyada ilk dəfə həyata keçirən ölkə olub, İndoneziya isə mart ayında oxşar addım ataraq Cənub-Şərqi Asiyada bu təcrübəyə başlayan ilk ölkə kimi tarixə düşüb.

Polşa, Danimarka, Fransa, İspaniya, Yunanıstan və Böyük Britaniya kimi Avropa ölkələri də analoji addımlar atmağa hazırlaşır.

Seçilən
24
afn.az

1Mənbələr