Dövlət siyasətinin mühüm istiqamətlərindən biri uşaqların ailə mühitində böyüməsinin təmin edilməsidir. 2025-ci ildə 176 uşaq bioloji ailələrinə reinteqrasiya edilib, 40 uşaq isə himayədar ailələrə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib: "150 min 954 uşağa müxtəlif növ sosial müavinətlər ödənilib, minlərlə uşaq sosial və psixoloji xidmətlərlə əhatə olunub. Çətin həyat şəraitində yaşayan uşaqların, məişət zorakılığı və insan alveri qurbanlarının müdafiəsi istiqamətində də məqsədyönlü işlər görülüb".