AZ

“Uğurlarınızla qürur duyuram”

Olay.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı əkiz oğulları ilə bağlı paylaşım edib.

OLAY yazır ki, Xoşqədəm Arda ilə Arının 1 İyun uşaqlar bayramı münasibətilə bunları yazıb:“Mənim əziz balalarım, nə tez böyüdünüz? Sizin gülüşünüzlə gülür, sevincinizlə sevinir, uğurlarınızla qürur duyuram. Sizinlə çox xoşbəxtəm, çox hüzurluyam. Rəbbimə min dəfə şükür edirəm ki, məni sizin kimi gözəl övladlarla mükafatlandırıb. Bu gün Beynəlxalq Uşaqlar Günüdür. Bayramınız mübarək, mənim gözəl balalarım! Qoy Allah sizi qorusun, yolunuzu açıq, taleyinizi gözəl etsin. Qoy dünyadakı bütün uşaqlar sevgi ilə əhatə olunsun, ata-ana nəvazişi ilə böyüsün, üzlərindən təbəssüm heç vaxt əskik olmasın. Uşaqlar dünyanın ən saf sevgisi, ən gözəl duası və gələcəyin ən parlaq ümididir. Allah bütün balaları qorusun”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
olay.az

1Mənbələr