AZ

İngilis rekordçu karyerasını başa vurdu

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Ceyms Milner peşəkar futbolçu karyerasını bitirib.

Fanat.Az xəbər verir ki, 40 yaşlı futbolçu butslarını mıxdan asdığını sosial şəbəkə hesabları üzərindən bəyan edib.

Son 3 mövsümü "Brayton"da keçirən Milner İngiltərə Premyer Liqasında 658 matça çıxıb. Bu indiyədək turnir tarixində başqa heç bir oyunçunun nail ola bilmədiyi nəticədir.

Qeyd edək ki, karyerası ərzində yalnız İngiltərə klublarında çıxış etmiş Ceyms daha öncə "Liverpul", "Mançester Siti", "Aston Villa", "Nyukasl" və "Lids"də top qovub. Ümumilikdə 13 titul qazanan orta xətt oyunçusu 3 dəfə İngiltərə çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 

Toğrul
 

Seçilən
37
1
fanat.az

2Mənbələr