“Miss Azerbaijan-2019” model yarışmasının qalibi, müğənni Səmra Hüseynova növbəti paylaşımı ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, model şəxsi sosial media hesabında tualetdə çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşüb.
Hüseynova paylaşımına “şərab saatı” qeydi əlavə edib.
Qısa müddətdə çoxsaylı baxış və şərh toplayan fotolar sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalar doğurub. Bəzi izləyicilər paylaşımı cəsarətli hesab etsələr də, digərləri modelin seçdiyi məkan və üslubu tənqid ediblər.
Qeyd edək ki, Səmra Hüseynova sosial mediada aktivliyi və diqqətçəkən paylaşımları ilə tez-tez gündəmə gələn tanınmış simalardandır.\\NOCOMMENT.az


