Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin 15 illiyi və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şirkətin əməkdaşları “Ümid yeri” uşaq sığınacağının sakinlərini ziyarət ediblər.
Layihə uşaqlara sevinc bəxş etməklə yanaşı, sosial həmrəyliyin və birlik dəyərlərinin təşviq olunması məqsədilə təşkil olunub. Layihənin əsas məqsədi uşaqlara sevinc dolu anlar yaşatmaq, onlarla xoş vaxt keçirmək, sosial həmrəyliyi gücləndirmək və birlikdə unudulmaz xatirələr yaratmaqdır.