AZ

Osimhen “Çelsi” iddialarını qəbul etmədi

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen ətrafında yaranan söz-söhbətlərə aydınlıq gətirib.

İdmanxeber.az-ın məlumatına görə, Nigeriya millisinin baş məşqçisi Erik Şellenin futbolçunu yoldaşlıq oyunlarına çağırmaması transfer məsələləri ilə əlaqələndirilsə də, Osimhen bu fikirlərin yanlış şərh edildiyini bildirib.

Nigeriyalı forvard sosial şəbəkədə paylaşım edərək, Şellenin “Qalatasaray”a böyük hörmətlə yanaşdığını və onun sözlərinin kontekstdən çıxarıldığını vurğulayıb. Osimhen azarkeşləri yayılan şayiələrə inanmamağa çağırıb.

Daha əvvəl mətbuatda futbolçu ilə “Çelsi”nin maraqlandığı iddia edilmişdi. Bununla belə, İngiltərə klubunun hələlik rəsmi təklif göndərmədiyi bildirilir.

Seçilən
15
idmanxeber.az

1Mənbələr