AZ

İyunda bu bürcləri çətin sınaq gözləyir

İyun ayı sürətli qərarlar, yeni söhbətlər və dinamik münasibətlərlə zəngin fəal dövr vəd edir. Görüşlər, müqavilələr, təlimlər və yeni ideyalar artsa da, ayın əsas mahiyyəti daha dərində olacaq. Bu dövrdə nəyə dəyər verdiyimizi, hansı bağların güclü olduğunu və təhlükəsizliyimizi hansı təməllər üzərində qurduğumuzu daha aydın görəcəyik.

Demokrat.az xəbər verir ki, iyunun 15-də Əkizlər bürcündə baş verəcək Yeni Ay düşüncələrimizdə yeni pəncərə açacaq. Bu ərəfədə yalnız eşitdiklərimizə deyil, onların daxilimizdə yaratdığı hisslərə də diqqət yetirmək vacibdir. Çünki nəyisə istəmək ayrı, onun bizi ruhən qidalandırıb-qidalandırmadığını görmək ayrı məsələdir.

Ayın ən mühüm astroloji hadisəsi Xironun Buğa bürcünə keçididir. Astrologiyada yaralı şəfaçı kimi tanınan Xiron ən həssas nöqtəmizi və yaradakı şəfa potensialını təmsil edir. Maddiyyat, bədən və özünəinam mövzularını əhatə edən Buğa bürcündəki bu hərəkətlilik sentyabradək özümüzə verdiyimiz dəyəri, bədənimizlə münasibətimizi və maliyyə təhlükəsizliyi ehtiyacımızı dərindən sorğulatmağa başlayacaq.

Ayın ikinci yarısında münasibətlər və maliyyə məsələləri ciddi sınaqlarla üzləşə bilər. Ayın sonunda Xərçəng bürcündə Merkurinin geriləməsi köhnə ailə mövzularını və həll olunmamış emosional məsələləri yenidən gündəmə gətirəcək. İyunun 30-da Oğlaq bürcündə baş verəcək Dolu Ay isə nəyin möhkəm, nəyin sadəcə vərdiş olduğunu göstərəcək. Eyni gün Yupiterin Şir bürcünə keçməsi ilə növbəti bir il ərzində cəsarət, yaradıcılıq və özünü daha güclü ifadə etmək istəyi ön plana çıxacaq.

Yəni, iyun ayında ulduzlar bizə zahiri qərarlardan çox, daxili dəyərlərimizi, münasibətlərimizin möhkəmliyini və maliyyə durumumuzu sorğulamağı məsləhət görür, ayın sonundakı planetar hərəkətlər isə köhnə ailə məsələlərini yenidən gündəmə gətirərək bizi vərdişlərimizlə üz-üzə qoyacaq.

Aytən
Demokrat.az
Seçilən
13
demokrat.az

1Mənbələr