AZ

Ermənistana göndəriləcək buğda və gübrə Biləcəridən yola düşəcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və buğda göndəriləcək.

Publika.az xəbər verir ki, bu ölkəyə 2 vaqon gübrə və 2 vaqon buğda tədarük olunacaq.

Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Seçilən
53
49
publika.az

10Mənbələr