AZ

Osimhen “Qalatasaray”dan ayrılacağı iddialarına cavab verdi

BAKI, 1 iyun. TELEQRAF

Nigeriya millisinin hücumçusu Viktor Osimhen “Qalatasaray”dan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Teleqraf xəbər verir ki, 27 yaşlı hücumçu futbolçu sosial şəbəkə hesabında paylaşım edərək şayiələri təkzib edib.

Osimhen bildirib ki, baş məşqçi Erik Şelle ilə telefonla danışıb və mətbuat konfransında səsləndirilən fikirlər kontekstdən çıxarılıb və şişirdilib. Onun sözlərinə görə, mütəxəssis “Qalatasaray”a hörmətlə yanaşır və heç bir qalmaqal yaratmaq niyyəti olmayıb.

Futbolçu həmçinin hamını yayılan spekulyasiyalara inanmamağa çağırıb.

Qeyd edək ki, Osimhen daha əvvəl Nigeriya millisinin Portuqaliya və Polşa ilə keçirilən iki yoldaşlıq oyununu buraxıb. Baş məşqçi Erik Çelle ulduz futbolçunun vəziyyətinin onun “Qalatasaray”dakı gələcəyi ilə bağlı olduğunu deyib.

Seçilən
30
teleqraf.com

1Mənbələr