AZ

Bu ay ardıcıl 3 gün evdə olacağıq 2 dəfə

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu ay üçün qeyri-iş günlərinin sayı müəyyənləşib. Belə ki, iyunda 2 dəfə ardıcıl 3 qeyri-iş günü olacaq.

“Qafqazinfo” 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, ölkədə 15 iyun - Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Silahlı Qüvvələr Günüdür.

15 iyun bazar ertəsinə təsadüf etdiyi üçün həftəsonları (13-14 iyun) daxil ardıcıl 3 gün iş olmayacaq. 26 iyun isə cümə gününə düşdüyündən həftəsonları (27-28 iyun) da daxil ardıcıl 3 qeyri-iş günü olacaq.

Beləliklə, həftəsonları ilə birlikdə iyun ayı ərzində 5 günlük iş qrafikində çalışanlar üçün ümumilikdə 10 istirahət günü olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
4
qafqazinfo.az

9Mənbələr