AZ

Darren Fletçerin oğlu dünya çempionatına yollanacaq

ain.az bildirir, sport24.az portalına istinadən.

"Mançester Yunayted"in yarımmüdafiəçisi Tayler Fletçer Şotlandiya millisinin heyətində dünya çempionatına yollanacaq. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. O, şənbə günü Kurasao ilə yoldaşlıq oyununda aldığı diz zədəsi səbəbindən meydana çıxa bilməyən Billi Gilmoru əvəz edəcək.

Tayler Fletçer Şotlandiya millisində 80 oyun keçirən Darren Fletçerin oğludur. Tayler özü milli komandada Kurasao ilə matçda debüt edib.

Qeyd edək ki, Şotlandiya millisi bu gün ABŞ-a yola düşür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
sport24.az

1Mənbələr