AZ

ABŞ yenə İrandakı hədəflərə zərbələr endirdi

ABŞ İrandakı hədəflərə zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə  ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial media platformasında məlumat paylaşıb. 

Qeyd olunub ki, zərbələrin hədəfləri İranın Goruk bölgəsindəki və Qeşm adasındakı radarları və pilotsuz təyyarələrin idarəetmə mərkəzləri olub.

Departament qeyd edib ki, Amerika qırıcı təyyarələrinin zərbəsi nəticəsində İranın hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə mərkəzi və iki hücum pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Əməliyyat zamanı ABŞ hərbçilərindən heç birinin xəsarət almadığı bildirilir.

Gülayə Mecid 

Seçilən
26
unikal.az

1Mənbələr