AZ

Mətbəx şkaflarındakı yağ ləkəsini çıxarmağın ən asan yolu

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mətbəx təmizliyi çox vaxt zənn edildiyindən daha çətin ola bilər. Yemək bişirərkən, xüsusilə də qızartma və ya qovurma zamanı qızan yağ buxarla birlikdə havaya qarışır və şkaf qapaqlarına, tutacaqlara və ocaq ətrafına yapışır. İlk başda fərq edilməyən bu təbəqə, zamanla səthlərdə mat, çirkli və yapışqan bir kütləyə çevrilir.

Milli.Az xəbər verir ki, təmizlik mütəxəssislərinə görə, bu yağlı təbəqəni təmizləmək üçün baha qiymətli məhsullara ehtiyac yoxdur. Boşqablardakı yağ və yemək qalıqlarını parçalamaq üçün istehsal olunan qabyuyan maye tərkibindəki aktiv maddələr sayəsində mətbəx səthlərindəki yağlı ləkələri də asanlıqla həll edir. Bu üsul xüsusilə parlaq mətbəx şkaflarında, tezgahlarda və tez-tez toxunulan tutacaqlarda çox effektivdir. Lakin təmizlik zamanı çox maye istifadə etməmək lazımdır, çünki həddindən artıq köpük səthdə sabun izi buraxa bilər.

Mətbəx şkafları necə təmizlənir?

Bir ləyənə və ya kasaya ilıq su tökün. İçərisinə bir neçə damcı qabyuyan maye əlavə edin. Səthdə sabun ləkəsi qalmaması üçün mayeni çox tökməyin.

Təmiz bir əskini bu qarışığa batırın və artıq suyunu yaxşıca sıxın. Şkaf qapaqlarını, tutacaqları, ocaq ətrafını və tezgahı dairəvi hərəkətlərlə silin.

Yağın daha sıx və qalın olduğu bölgələrdə isladılmış əskini ləkənin üzərində təxminən 30 saniyə saxlayın. Ardından səthi yenidən silərək yumşalan çirki kənarlaşdırın.

İkinci bir təmiz əskini sadəcə ilıq su ilə isladaraq səthdə qalan yuyucu vasitəni durulayın. Son olaraq, quru bir əski ilə bütün səthləri tamamilə qurulayın.

Bu proses nizamlı şəkildə tətbiq olunduqda yağ təbəqəsinin qalınlaşmasının qarşısını alır və mətbəx səthlərinin daha uzun müddət təmiz qalmasını təmin edir.Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
1
news.milli.az

2Mənbələr