AZ

Hamburq sakinləri şəhərin Olimpiya Oyunlarına namizədliyini dəstəkləməyiblər

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 1 iyun, AZƏRTAC

Hamburq sakinləri şəhərin 2036-cı, 2040-cı və ya 2044-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyinin əleyhinə səs verib.

AZƏRTAC xəbər verir ki, səsvermənin yekun nəticələrinə əsasən, iştirakçıların 54,9 faizi namizədliyin əleyhinə, 45,1 faizi isə lehinə səs verib. Səsvermədə 16 yaşdan yuxarı 1,3 milyon vətəndaş iştirak etmək hüququna malik olub.

Beləliklə, Hamburq Almaniyanın Olimpiya Oyunlarına ev sahibliyi uğrunda daxili namizədlik yarışından kənarda qalıb. Bu, şəhərin ikinci uğursuz cəhdidir. Belə ki, 2015-ci ildə keçirilən referendumda da hamburqlular 2024-cü il Olimpiadasına namizədliyi 51,6 faiz səslə rədd etmişdilər.

Hazırda Almaniyanın namizədliyi uğrunda mübarizədə Münxen, Köln mərkəzli Reyn-Rur regionu və Berlin qalır. Münxen və Reyn-Rur regionunda keçirilən ictimai sorğularda iştirakçıların təxminən 66 faizi namizədliyi dəstəkləyib. Almaniya Olimpiya İdman Birliyi sentyabrın 26-da beynəlxalq namizədlik prosesinə hansı şəhər və ya regionla qatılacağına qərar verəcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
azertag.az

3Mənbələr