AZ

Həmyerlimiz Moldovada mer seçildi

Moldovada yaşayan soydaşımız Ramiz Ansarov Orxey şəhərinin mer vəzifəsinə seçkilərinin ikinci turunda ilkin nəticələrə görə qalib gəlib.

"Unikal" xəbər verir ki, bu barədə AZƏRTAC-a Ramiz Ansarov məlumat verib.

Mayın 31-də Orxey şəhərinin mer vəzifəsinə seçkilərin ikinci turunda seçicilərin 58 faizindən çoxu Ramiz Ansoravun lehinə səs verib.

Qeyd edək ki, mayın 17-də Orxey şəhəri merinə seçkilərin birinci turunda Ramiz Ansarov namizədlər arasında ən çox səs toplayıb. 1987-ci ilin aprelin 12-də Kişineuda anadan olan R.Ansarov əslən Qərbi Azərbaycandandır, onun atası Barana (Noyemberyan) rayonunda anadan olub və böyüyüb. Sonradan ailəsi Bakı şəhərinə köçüb. 4 oğul atası olan R.Ansarov Moldovanın ictimai-siyasi həyatında fəallıq göstərir. O, həmçinin Moldova Azərbaycanlıları Konqresinin vitse-prezidenti kimi diasporumuzun inkişafına öz töhfəsini verir.

Seçilən
13
9
unikal.az

10Mənbələr