ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 31 may, AZƏRTAC
Dəniz quldurları Hind okeanında, Somali sahilləri yaxınlığında bir tankeri ələ keçiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Dalsan” telekanalı məlumat yayıb.
İlkin məlumata görə, hücum Somali piratları tərəfindən həyata keçirilib. Hadisə Somalinin şimal-şərqində, Puntland bölgəsi yaxınlığında baş verib. Tanker Berbera limanından Moqadişu limanına doğru hərəkət edirdi.
Gəminin adı və hansı ölkəyə məxsus olduğu hələlik açıqlanmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.