Türkiyəli müğənni Haluk Leventin konsert zamanı səhnədə halı pisləşib.
"Unikal" xəbər verir ki, o, mayın 20-də mədə qanaxması keçirmiş və xəstəxanaya yerləşdirilmişdi. Həkimlər sənətçiyə ən azı 15 gün dincəlməyi və konsertlərini təxirə salmağı məsləhət görüb. Lakin H.Levent buna əhəmiyyət verməyib, Tokatda səhnəyə çıxıb.
Bir müddət mahnılarını ifa edən sənətçinin qəfildən halı pisləşib. Bu səbəbdən konserti yarıda saxlayıb.