AZ

Rumıniyaya düşən dronun hansı ölkəyə məxsus olduğu açıqlandı

Rumıniya Prezidenti Nikuşor Dan Qalatidə yaşayış binasına dəyən dronun qalıqlarının Rusiyanın "Geran-2" dronuna aid olduğunu bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, bu, texniki ekspertiza ilə təsdiqlənib. Fraqmentlərin üzərində "GERAN-2" yazısı olub və hissələr əvvəllər Rumıniyada aşkar edilmiş digər Rusiya dronlarının hissələri ilə eynidir.

Dan hadisənin xəsarətlərə və ziyana səbəb olduğunu və məsuliyyətin Rusiyanın üzərində olduğunu vurğulayıb. Rumıniya istintaq materiallarını NATO və Avropa Birliyi ilə bölüşəcək.

Seçilən
47
1
unikal.az

2Mənbələr