AZ

Deklan Rays finaldakı yenilginin ardından fanatlara səsləndi

Dünən UEFA Çempionlar Liqasının Macarıstanın paytaxtı Budapeştdə baş tutan final oyununda PSJ-yə penalti seriyasında uduzan (1:1, penaltilər - 4:3) "Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays azarkeşlərə səslənib.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesablarında belə bir paylaşım edib:

"Bu komanda ilə fəxr edirəm. Bu oyunçularla qürur duyuram. İnanılmaz mövsüm amansız sonluqla başa çatdı, amma bu o demək deyil ki, biz təslim olmuşuq. Biz qayıdacağıq.

İndi isə bizi dəstəkləyən insanlarla paradda əylənmək vaxtıdır. Bizim azarkeşlərimiz möhtəşəmdirlər. Çempionluğu sizinlə birlikdə bayram etməyi səbirsizliklə gözləyirik. Bunu haqq edirsiniz! Təşəkkürlər, "topçular".

Nihat

Seçilən
42
1
fanat.az

2Mənbələr