ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransanın PSJ futbol klubunun baş məşqçisi Luis Enrike komanda ilə yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır.
İdman.Biz xəbər verir ki, jurnalist Ben Ceykobsun məlumatına görə, tərəflər yeni dördillik müqavilə ilə bağlı əsas şərtləri razılaşdırıblar. Sazişin 2030-cu ilin yayına qədər nəzərdə tutulduğu bildirilir.
Məlumata əsasən, yeni müqavilə ilə bağlı əsas detallar Çempionlar Liqasının finalından əvvəl razılaşdırılıb. Rəsmi imzalanmanın isə mövsüm başa çatdıqdan sonra həyata keçirilməsi gözlənilir.
PSJ prezidenti Nasser əl-Xelaifi Luis Enrikenin Parisdə özünü çox xoşbəxt hiss etdiyini bildirib. Klub rəhbəri ispaniyalı mütəxəssisin layihəsinə tam inandığını da vurğulayıb.
Qeyd edək ki, Luis Enrike PSJ ilə əvvəlki müqaviləsini 2025-ci ilin fevralında 2027-ci ilə qədər uzadıb.
PSJ mayın 30-da Çempionlar Liqasının finalında İngiltərənin “Arsenal” futbol klubunu penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edərək titulu qoruyub. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.