AZ

Erməni nazir: "Qardaşım Şuşa döyüşlərində öldürüləndə Ohanyan harada idi?"

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan diqqət çəkən açıqlamalar verib.

Publika.az xəbər verir ki, o, qardaşının Şuşa döyüşləri zamanı Azərbaycan ordusunun hərbçiləri tərəfindən məhv edildiyini xatırladıb. Nazir mövzunu revanşistlər, xüsusən də hərbi cani Seyran Ohanyan haqqında danışarkən açıb.

O, "24News"un müxbirinə açıqlamasında bunları deyib: "Mənim qardaşım Şuşa şəhərinin girişində Daxili İşlər Nazirliyinin Alayı ilə birgə döyüşərkən və mühasirədə qalan zaman Seyran Ohanyan harada idi? O, hər şeyi çox yaxşı bilir, qardaşımı da çox yaxşı tanıyırdı. Mən isə bir daha bu sualı təkrarlayıram: niyə qardaşım Şuşada öldürüldü, Seyran Ohanyan isə salamat qaldı?”.

Avanesyan daha sonra deyib ki, indiki revanşistlərin hamısı döyüş bölgəsində olmalı idi: "Çünki onlar Qarabağ haqqında çox ucadan qışqırırdılar. Bəs Koçaryan harada idi? Onun oğulları harada idi? Bu yalançı elitanın oğulları və qardaşları harada idi axı?”.

Seçilən
76
10
publika.az

10Mənbələr