Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan xalqına müraciət edərək, onları ehtiyatlı olmağa və Ukrayna ssenarisindən qaçmağa çağırıb.Demokrat.az xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.Lukaşenko qeyd edib ki, İrəvan rəsmilərinin Avropa İttifaqına üzvlüklə bağlı bəyanatları və Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq istəyi yaxınlaşan parlament seçkiləri ilə əlaqəlidir. Onun sözlərinə görə, bu cür yanaşmalar bəzən qurumun digər üzvlərini də narahat edəcək səviyyəyə çatır."Ermənilər çox diqqətli olmalıdırlar ki, Allah eləməsin, Ukraynada baş verənlər təkrar olunmasın. Ukraynada hər şey məhz belə başlamışdı. Ermənistan yenicə müharibədən çıxıb, bu cür addımlar onları daha ağır vəziyyətə sala bilər", – deyə Belarus lideri vurğulayıb.Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin də Ermənistandakı vəziyyətlə Ukrayna böhranından əvvəlki hadisələr arasında oxşarlıq olduğunu bildirmişdi.Həmçinin AİB-ə üzv ölkələrin liderləri İrəvanı quruma üzvlüklə və ya avrointeqrasiya ilə bağlı referendum keçirməyə çağıran birgə bəyanat yayıblar.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.