AZ

Türkiyədə sərnişin avtobusunda faciə: 8 nəfər həyatını itirib

Türkiyənin Denizli vilayətində sərnişin avtobusunda baş verən güclü yanğın faciə ilə nəticələnib.

Far.Az xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı biri azyaşlı olmaqla azı 8 nəfər ölüb.

Avtobusda başlayan alov qısa müddətdə bütün nəqliyyat vasitəsini əhatə edib. Hadisə yerinə yanğınsöndürmə briqadaları, polis əməkdaşları və təcili tibbi yardım qrupları göndərilib.

Yanğın nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hazırda onların vəziyyəti ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.

Səlahiyyətli qurumlar hadisənin başvermə səbəblərini araşdırır. Həmçinin ölən və yaralananların kimliklərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Seçilən
50
far.az

1Mənbələr