AZ

Tramp İranla razılaşma layihəsinə yeni sərt şərtlər əlavə edib

BAKI, 31 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin nizamlanmasına dair saziş layihəsinin şərtlərini sərtləşdirərək Tehrana yeni təkliflər paketi göndərib.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, potensial razılaşmanın mətninə hansı dəyişikliklərin edildiyi açıqlanmır. Lakin mənbələrin sözlərinə görə, Trampı xüsusilə İranın dondurulmuş aktivlərinin mümkün şəkildə açılması ilə bağlı müddəalar narahat edir.

Bundan əlavə, ABŞ lideri hesab edir ki, İran Vaşinqtonun təkliflərinə kifayət qədər operativ reaksiya vermir.

Nəşrin həmsöhbəti olan adı açıqlanmayan amerikalı rəsmilərdən birinin fikrincə, Tramp danışıqlar prosesini sürətləndirmək məqsədilə şərtləri sərtləşdirib. Məqsəd İrana təzyiq göstərərək onu daha əvvəl ölkənin ali dini lideri Ayətullah Müctəba Xameneiyə təsdiq üçün göndərilmiş ilkin memorandum layihəsini qəbul etməyə sövq etməkdir.

Seçilən
45
teleqraf.com

1Mənbələr