AZ

Şuşanın işğalına görə təltif olunan general mənzildən çıxarılır

Ermənistanda general-mayor Armen Kaqramanyanın yaşadığı xidməti mənzillə bağlı məsələ məhkəmə müstəvisinə çıxıb.

Musavat.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi İnstitutunun sabiq rəisi, Qarabağın işğalında iştirak etmiş general-mayor Armen Kaqramanyana 2009-cu ildə verilmiş 57,7 kvadratmetrlik xidməti mənzilin boşaldılması barədə bildiriş göndərilib.

Bu barədə onun vəkili Roman Yeritsyan məlumat yayıb.

Vəkilin sözlərinə görə, Qarabağdan olan Armen Kaqramanyan müxtəlif illərdə artıq mövcud olmayan separatçı rejimin silahlı birləşmələrində və rəhbər strukturlarında müxtəlif vəzifələr tutub. Daha sonra Ermənistan Silahlı Qüvvələrində xidmətini davam etdirən Kaqramanyan 2015-ci ilin fevralından etibarən Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi İnstitutuna rəhbərlik edib.

Qeyd olunub ki, o, Ermənistan tərəfindən “Müqəddəs Vardan Mamikonyan” ordeni, “İgidliyə görə” medalı, “Şuşanın işğalına görə” medalı və II dərəcəli “Döyüş Xaçı” ordeni də daxil olmaqla 12 dövlət və ведомство mükafatı ilə təltif olunub.

Armen Kaqramanyan 2018-ci ilin oktyabrında ağır xəstəliyə görə vəzifəsindən azad edilib və hazırda da müalicəsini davam etdirir.

Vəkil bildirib ki, sözügedən mənzil Armen Kaqramanyan və ailə üzvlərinin Ermənistan Respublikasındakı yeganə yaşayış yeridir.

Məsələ ilə bağlı Ermənistanın İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim olunub. İddiada Müdafiə Nazirliyindən həmin addımın atılmamasının təmin edilməsi tələb olunur.

Musavat.com

Seçilən
39
4
musavat.com

5Mənbələr