AZ

Xankəndidə çay və qəhvə festivalı keçirilib - FOTO

Mayın 30-da Xankəndi şəhərində iki gün davam edən çay və qəhvə festivalına atəşfəşanlıqla yekun vurulub. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, 20-dən çox yerli və xarici şirkətin qatıldığı festivalda qonaqlara müxtəlif çay və qəhvə növləri təqdim olunub.

Festival yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin əsas məqsədi çay və qəhvə mədəniyyətinin təbliği, yerli istehsalçıların tanıdılması və Xankəndinin sosial-mədəni həyatının canlandırılmasına töhfə vermək olub.

Seçilən
38
14
bakivaxti.az

10Mənbələr