AZ

Tramp Vensi şəxsi və siyasi məsələlərə görə mütəmadi tənqid edir

ABŞ prezidentinin vitse-prezidentin davranışı və siyasi mövqeləri ilə bağlı narazılıq ifadə etdiyi bildirilib...

Poliqon xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp son aylarda vitse-prezident Cey Di Vensə həm siyasi məsələlər, həm də şəxsi davranışları ilə bağlı mütəmadi iradlar bildirib.

Nəşrin məlumatına görə, Trampın narazılığına səbəb olan epizodlar arasında Vensin İrana qarşı hərbi əməliyyatlarla bağlı ilkin mərhələdə tərəddüd göstərməsi, onun Pakistandakı diplomatik missiyasının uğur qazanacağına dair şübhələr, tez-tez məzuniyyətə çıxması və söhbət zamanı həmsöhbətlərinin sözünü kəsməsi ilə bağlı zarafatlar yer alıb.

Ayrıca qeyd olunub ki, Tramp Ağ evdə keçirilən tədbir zamanı Vensin Ohio State universitetinin Amerika futbolu çempionluğu kubokunu əlindən salması hadisəsini dəfələrlə xatırladıb və bunu istehzalı şəkildə gündəmə gətirib.

NYT-nin məlumatına əsasən, Vens görüşlər zamanı tez-tez telefondan istifadə edir və sosial şəbəkələrdə tənqidçilərlə ictimai müzakirələrə fəal şəkildə qoşulur. Bildirilir ki, Ağ ev Aparatının rəhbəri Suzi Uaylz ona sosial şəbəkələrdə fəallığını azaltmağı tövsiyə edib.

“Sosial şəbəkələrdə açıq mübahisələr vitse-prezident vəzifəsinə uyğun davranış hesab olunmur”, deyə mənbələrə əsasən Suzi Uaylz Vensə bildirib.

Məlumata görə, Uaylz ictimai qarşıdurmaların yüksək dövlət vəzifəsi tutan şəxsin imicinə uyğun gəlmədiyini hesab edib və Vensə daha ehtiyatlı davranmağı tövsiyə edib.

Poliqon.info

Seçilən
51
poliqon.info

1Mənbələr