AZ

Ermənistan seçkiləri ...

Ermənistanda 1 həftədən sonra baş tutacaq seçkilər ciddi müzakirə olunur. Doğrudan da, bu seçkilər İrəvan və regionumuz üçün çox önəmlidir.

Seçkilərin geosiyasi tərəfini, böyük güclərin savaşını qoyaq bir kənara, bu haqda çox danışılır, yazılır, müzakirə edilir. Mən bu yazıda Paşinyan, komandasının, onun rəqiblərinin seçki öncəsi atdığı addımlardan və vədləri haqqında qısa qeydlər yazmaq və seçki institutunun nə qədər önəmli olduğunu bir daha vurğulamaq istədim.

Beləliklə, Paşinyan və komandasına dəstək gətirəcək indiyədək atdığı addımlar və vədləri:

– Bu ilin aprelin 1-dən Ermənistanda təqaüdlər 10000 dram (28 dollar, 47,5 manat) artırıldı. Bundan başqa, təqaüdçülər öz kartlarında olan vəsaiti nəğdiləşdirmədən ancaq kartla ödəniş etməklə ay ərzində ərzaq-dərman alacaqlarsa, ayın sonunda 10000 dram da “keşbek” alacaqlar – yəni, faktiki olaraq təqaüdlər 56 dollar, yəni, 95 manat artırılıb;

– Tibbi sığorta ilə pulsuz verilən dərmanların siyahısı və bu yanaşmanın şamil edildiyi vətəndaşların siyahısı kəskin artırılıb. İndi, demək olar ki, əhalinin 35-40 faizi pulsuz dərmanlarla təmin ediləcək;

– Büdcədə hərbi xərclər 16 faiz azaldılıb və bunun hesabına sosial layihələr artırılıb;

– Kiçik-orta sahibkarlara sadələşdirilmiş vergi qanunları və çox az vergi dərəcələri tətbiq edilir. Kiçik sahibkarların ƏDV-dən azad olunduğu dövriyyə məbləği (indiki məzənnə ilə) 312 min 205 dollardır, yəni, 530 min 750 manat. Bu dövriyyəni aşmadan kiçik sahibkarlarda, İT sektorunda dövriyyədən vergi cəmi 1, xidmət və istehsal sahəsində 5, ticarətdə isə 10 faizdir. Kiçik sahibkarların onların “DSMF-nə” fiksə edilmiş aylıq ödəniş 13,5 dollar, yəni, ayda 23 manatdır;

– Bu ilin əvvəlindən əsgərlik müddəti 6 ay azaldılıb, 24 aydan 18 aya salınıb. Ermənistan baş naziri söz verib ki, bu müddət 2028-ci ildən 12 aya qədər azaldılacaq;

– Paşinyan və komandası söz veriblər ki, 2028-ci ildən Ermənistan vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız gedib-gələcəklər,

– Və nəhayət, Nikol və komandası ancaq sülhdən, inkişafdan danışırlar.

Nikolun rəqibləri isə ya Rusiyadan imdad diləyirlər, ya da boş-boş revanşdan, müharibədən danışırlar, nə planları var, nə proqramları.

Seçki, rəqabət, səsvermə olanda seçici, xalq, vətəndaş ancaq qazanır.

Seçilən
15
vaxt.az

1Mənbələr