AZ

Siyəzəndə körpü uçdu - VİDEO

Ötən gündən etibarən ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti fəsadsız ötüşməyib.

"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, Siyəzənin rayon mərkəzini Kiçik Həmyə kəndi ilə birləşdirən körpünü sel dağıdıb.

Güclü sel nəticəsində körpü tamamilə uçub. Nəticədə Siyəzən rayonunun Kiçik Həmyə kəndinə gedən əsas yolu bağlanıb.

Sakinlər məcburiyyətdən alternativ yollardan istifadə etməyə çalışırlar.

Körpünün uçması sakinlərin hərəkətinə maneə yaradır, məktəb və gündəlik gediş-gəliş baxımından kənd sakinləri çətin vəziyyətlə üzləşiblər.

Ərazidən görüntüləri təqdim edirik:

Seçilən
2
10
unikal.az

10Mənbələr