AZ

Sertifikasiyada suallar belə olacaq -Musiqi müəllimlərinin diqqətinə!

17 iyundan etibarən ölkə üzrə növbəti sertifikasiya prosesi keçiriləcək.

Bu mərhələdə ilk dəfə olaraq tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənlərini tədris edən müəllimlər də sertifikasiya imtahanına cəlb olunacaqlar.

Musiqi müəllimləri isə imtahanlarını 18 iyun tarixində verəcəklər.

İlk dəfə sertifikasiyada iştirak edəcək müəllimləri ən çox maraqlandıran məsələlərdən biri imtahanın sual formatı və ümumi quruluşudur.

Müəllimlər xüsusilə sualların hansı mövzuları əhatə edəcəyi, test tapşırıqlarının çətinlik səviyyəsi, kurikulum və metodika bölmələri üzrə bölgü, eləcə də qiymətləndirmə meyarları barədə məlumat almağa çalışırlar.

Prosesə ilk dəfə qoşulan müəllimlər arasında imtahan modelinə dair öncədən məlumat əldə etmək istəyənlərin sayı da kifayət qədər çoxdur.

Redaktor.az azedu.az-ın Azərbaycan Respublikasının Təhsil İnstitutundan (ARTİ) əldə etdiyi məlumata görə xəbər verir ki, musiqi müəllimləri sertifikasiya imtahanında 6 məzmun sahəsi üzrə ümumilikdə 50 suala cavab verəcəklər.

Sualların bölgüsünə əsasən, iştirakçılar elementar musiqi nəzəriyyəsi üzrə 8, musiqi ədəbiyyatı üzrə 22, alətşünaslıq və ifa üslubları üzrə 4, səs, səs diapazonları və ifa üslubları ilə bağlı 6, üslub və janrlar üzrə 5, xalq musiqisi mövzusunda isə 5 sualı cavablandırmalı olacaqlar.

184013

184014

184015

184016

184017

184018

184019

184020

184022184023184021

 

184024184025184026184027184028184029

Seçilən
32
1
redaktor.az

2Mənbələr