Demokrat.az xəbər verir ki, 25, 60, 145, 201, 212, 246 və 314 nömrəli məktəblərdə təşkil olunan təlimlərin məqsədi məktəblilərin kibertəhlükəsizlik sahəsində biliklərinin artırılması, onlara kibergigiyena və onlayn mühitdə təhlükəsiz davranış qaydaları barədə məlumat verilməsi olub.
Ümumilikdə 775 şagirdin iştirak etdiyi təlimlərdə ETX əməkdaşları “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan təhlükəsiz istifadə” mövzularında faydalı məlumatlar təqdim ediblər.
Eyni zamanda, əməkdaşlıq çərçivəsində Uşaqların Müdafiəsi İdarəsi tərəfindən də məktəblərdə intensiv maarifləndirmə tədbirləri keçirilib və ay ərzində ümumilikdə 3547 şagird maarifləndirilib.
Demokrat.az
4Mənbələr
-
hafta.azMəktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə ( 29058556)
-
xalqqazeti.azMəktəblərdə kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri keçirilir ( 29057689)
-
demokrat.azETX məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir FOTO ( 29056918)
-
demokrat.azETX məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir — FOTO ( 29056864)