AZ

Yuventus Real ın futbolçusunu icarəyə götürməyi planlaşdırır

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

İtaliyanın "Yuventus" klubu heyətini gücləndirmək üçün yeni hədəf müəyyənləşdirib. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, "qoca sinyora" icarə əsasında Eduardo Kamavinqanı heyətinə qatmağı planlaşdırır.Bildirilir ki, 23 yaşlı futbolçu hazırda "Real"dan daimi olaraq ayrılmaq niyyətində deyil. Bununla belə, o, daha çox oyun praktikası qazanmaq və Fransa millisindəki mövqeyini qorumaq üçün İtaliyaya icarə variantına müsbət yanaşa bilər.Qeyd edək ki, "Yuventus"un transfer planları komandanı tərk etməsi gözlənilən Teun Koopmeynersin gələcəyindən də asılıdır. Turin təmsilçisi niderlandlı futbolçuya yeni klub tapacağı təqdirdə Kamavinqa üçün rəsmi addımlar ata bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
sport24.az

1Mənbələr