AZ

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını 5 qələbə ilə başa vurub

Bakı, 30 may, AZƏRTAC

Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ölkə xaricindəki təlim-məşq toplanışını başa vurub.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 12-16 may tarixlərində Macarıstanda təlim-məşq toplanışında olan komandamız bu ölkənin yığması ilə iki yoxlama oyunu keçirib və hər iki qarşılaşmada qələbə qazanıb (3:0, 3:1).

Daha sonra Sloveniyaya yollanan Azərbaycan voleybolçuları mayın 16-dan 29-dək Maribor şəhərində hazırlıq keçiblər. Faiq Qarayevin rəhbərlik etdiyi yığma burada baş tutan yoxlama oyunlarında Xorvatiya (3:1) və Avstriya (3:1, 3:1) millilərini, eləcə də ABŞ-nin “Colgate” klubunu (3:0) məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda rəqiblər İsveç və Estoniya milliləri olacaq.

Seçilən
58
8
azertag.az

10Mənbələr