Kamerunlu hücumçu Vensan Abubakar karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu “Bursaspor”un maraq dairəsindədir. Türkiyə I Liqaslna vəsiqə qazanmış əyalət təmsilçisi 35 yaşlı fovardla güclənmək niyyətindədir.
Xatırladaq ki, “Bursaspor” ötən günlərdə “Qarabağ”ın futbolçusu Toral Bayramovu transfer edib. “Neftçi” ilə müqaviləsi bitən Vensan Abubakar isə hazırda azad agentdir.