AZ

Dinozavr skeleti 20 milyon dollara hərraca qoyulur VİDEO

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İyulun 14-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək “Sotheby's” hərracında tirannozavr skeleti 20–30 milyon dollar qiymətlə satışa çıxarılacaq. Bu, indiyədək dinozavr skeleti üçün müəyyən edilmiş ən yüksək ilkin qiymətləndirmə hesab olunur.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, yaşı 67 milyon il olan eksponata “Qas” (Gus) adı verilib. Yığılmış vəziyyətdə skeletin uzunluğu təxminən 11,5 metr, hündürlüyü isə 3,8 metr təşkil edir.

Skeletin tapılması üçün qazıntılar Cənubi Dakota ştatında 2021–2023-cü illər arasında üç yay mövsümü ərzində aparılıb. Bundan sonra qalıqlar laboratoriyaya göndərilib, burada onlar təmizlənib, identifikasiya olunub və kataloqlaşdırılıb. Skelet qazıntı işlərinin başlanmasından bir il sonra vəfat edən arxeoloqun şərəfinə adlandırılıb.

Ümumilikdə “Qas” (Gus) 183 fosilləşmiş sümük elementindən ibarətdir. Bunların arasında yaxşı qorunmuş kəllə sümüyü, iki ayaq pəncəsi və nadir hesab edilən çiyin sümükləri dəsti yer alır. “Sotheby's” məlumatına görə, skelet təxminən 63 faiz qorunub saxlanılıb.

Hərrac evi bəzi sümüklərdə sağalmış sınıqların və dişləmə izlərinin göründüyünü vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
lent.az

1Mənbələr