AZ

Sterlinq saxlanıldı: Narkotik maddə qəbul edib?

“Feyenoord”un hücumçusu Rahim Sterlinq narkotik təsiri altında avtomobil idarə etmək şübhəsi ilə polis tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

31 yaşlı ingilis futbolçu mayın 28-də, Hemşir bölgəsində magistral yolda polis tərəfindən dayandırılıb. Futbolçu idarə etdiyi avtomobillə yol kənarındakı maneəyə çırpılıb.

O, narkotik vasitələrdən istifadə etməkdə və onları saxlamaqda şübhəli bilinir. Vinger analiz verməkdən imtina edib. Araşdırma aparılana qədər o, girov qarşılığında sərbəst buraxılıb.

Seçilən
15
publika.az

1Mənbələr